• Bakı 16° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

“Qalatasaray”a Osimhenlə bağlı PİS XƏBƏR

İDMAN

19 Noyabr 2025 | 18:58

“Qalatasaray”a Osimhenlə bağlı PİS XƏBƏR

"Qalatasaray"ın aparıcı hücumçusu Viktor Osimhen zədələnib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun Mətbuat Xidmətinin yaydığı məlumata görə, futbolçuya edilən geniş tibbi müayinələr nəticəsində onun sol budun arxa hissəsində yerləşən dördbaşlı əzələsində orta dərəcəli gərginlik və qanaxma müəyyən edilib.

Osimhenin meydanlardan nə qədər müddət uzaq qalacağı hələ açıqlanmayıb.

Qeyd edək ki, İstanbul nəhəngini 1 dekabrda çətin "Fənərbağça" səfəri gözləyir və hücumçunun derbiyə yetişib-yetişməyəcəyi sual altındadır./Milli.az


SON XƏBƏRLƏR