Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində bununla bağlı təqdim olunan vəsatətə baxılıb.
Məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.
Məlumata görə, dəymiş zərərin müəyyən hissəsinin ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.
Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.
17:36
1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Sabunçu Rayon Məhkəməsi belə qərar qəbul edib.
Məhkəmə müğənninin vəkili Hikmət Əliyevin vəsatətini təmin edib. Rəqsanə haqda seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Qeyd edək ki, məlumatı ilk olaraq jurnalist Elvin Basqallı sosial şəbəkə hesabında yayıb.
















