• Bakı 16° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Bəzi antibiotiklər ölümə yol açır

CƏMİYYƏT

19 Noyabr 2025 | 15:31

Bəzi antibiotiklər ölümə yol açır

"Uzunmüddətli antibiotik qəbulu qan azlığına səbəb ola bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bəzi antibiotiklər qan yaradıcı sisteminə birbaşa təsir göstərirlər:

"Ölümlə nəticələnəcək qədər ağır təsirlərə malik antibiotiklər də mövcuddur. Həmçinin qanı parçalaya bilən antibiotiklər var".

T.Eyvazov qeyd edib ki, bəzən uzunmüddətli qəbul zamanı sintez ediləcək fol turşusu çatışmır. Bunlar isə qanın yaranmasında iştirak edir.

"Həkimlər lazım olduğu təqdirdə qan azlığının qarşsıını almaq üçün əlavə vasitələrdən istifadə etməyi məsləhət görür", - deyə Təyyar Eyvazov əlavə edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR