İqtisadiyyatda aparılan islahatlar ölkədə dollarlaşmanın azalmasına gətirib çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin sonundan valyuta bazarında sabitlik davam edəcək və məzənnə iqtisadi əsaslara uyğun şəkildə təxminən 6 faiz diapazonunda formalaşacaq. Kazımov qeyd edib ki, neft və qeyri-neft sektorlarından gələn təsirlərin balanslaşdırılması məzənnə və qiymət sabitliyini dəstəkləyib. Cari əməliyyatlar hesabının profisitli qalması və iqtisadi gözləntilərin düzgün idarə olunması da valyuta bazarındakı tarazlığa töhfə verib.
Mərkəzi Bankın 2022-ci ildən gücləndirdiyi ötürmə mexanizmi nəticəsində dollarlaşma nəzərəçarpacaq dərəcədə azalıb. Rezidentlərin valyuta əməliyyatlarında dollarlaşma son bir ildə 28,5 faizə düşərək tarixi minimuma enib. Bu tendensiya həm gözləntilərin sabit olduğunu, həm də manata inamın artdığını göstərir.
Əli Hüseynov
Bakı 



