• Bakı 14° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

“Barselona” ona elçi düşdü

İDMAN

19 Noyabr 2025 | 21:00

“Barselona” ona elçi düşdü

“Barselona” növbəti yay transfer pəncərəsi üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

Məlumata görə, əsas namizədlərdən biri kimi “Kristal Pelas”ın ingilis müdafiəçisi Mark Gehi nəzərdən keçirilir.

Bildirilib ki, katalon klubunun rəhbərliyi 25 yaşlı futbolçunun transfer vəziyyətini yaxından izləyir. Bununla belə, Gehini heyətinə qatmaq üçün hazırda əsas favorit “Liverpul” hesab olunur.

Xəbərdə o da vurğulanır ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik ingilis müdafiəçini 2026-cı il üçün prioritet transfer hədəfi kimi görür.

Qeyd edək ki, Mark Gehi cari mövsümdə “Kristal Pelas”ın heyətində bütün turnirlər üzrə 18 oyunda iştirak edib, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn yay başa çatır.


SON XƏBƏRLƏR