• Bakı 14° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Almaniya ordusuna dronları vurma səlahiyyəti verildi

DÜNYA

19 Noyabr 2025 | 21:52

Almaniya ordusuna dronları vurma səlahiyyəti verildi

Almaniya hökuməti Daxili İşlər Nazirliyinin təqdim etdiyi hava təhlükəsizliyi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, qanunla federal əyalətlərə dron təhlükəsi ilə mübarizədə yardım məqsədilə Silahlı Qüvvələrin cəlb olunması hüququ verilir. Bundesver özünün dəstəyi olmadan təhlükənin qarşısının alınmasında ciddi çətinlik yarandığı hallarda dronlara qarşı silahlı müdaxilə etmək səlahiyyəti ilə təmin olunub. Dronlara qarşı tədbirlər zamanı sürətli və effektiv reaksiya zəruri olduğundan, qanun layihəsi Silahlı Qüvvələrin bu məqsədlə tətbiqinə dair qərarvermə prosesinin sadələşdirilməsini və sürətləndirilməsini nəzərdə tutur.

Bundan başqa, qanuna əsasən gələcəkdə aeroportların ərazisinə qəsdən və icazəsiz daxil olaraq mülki hava nəqliyyatının təhlükəsizliyini pozmaq cinayət kimi qiymətləndiriləcək. Hava limanlarının təhlükəsizlik zonasına qəsdən daxil olub uçuş prosesini pozmağa və təhlükə yaratmağa cəhd edən şəxsləri 5 ilədək həbs cəzası gözləyəcək.


SON XƏBƏRLƏR