• Bakı 14° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Tramp nadir hədiyyəni Ronaldoya da verdi - FOTOLAR

İDMAN

19 Noyabr 2025 | 22:25

Tramp nadir hədiyyəni Ronaldoya da verdi - FOTOLAR

Məlum olduğu kimi, Portuqaliya yığması və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının ulduzu Kriştianu Ronaldo və xanımı Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, ulduz futbolçu ABŞ lideri ilə görüşündən fotolar paylaşıb.

“Cənab Prezident, dəvətə və Siz və birinci xanımınız mənə və gələcək həyat yoldaşıma göstərdiyiniz səmimi qəbula görə təşəkkür edirəm. Hər birimizin təklif edəcəyi mənalı bir şey var və mən yeni nəsilləri cəsarət, məsuliyyət və davamlı sülh ilə müəyyən edilmiş gələcək qurmaq üçün ruhlandırmaqda üzərimə düşəni etməyə hazıram”, - Ronaldo qeyd edib.

Fotolarda Trampın ulduz futbolçuya Ağ Evin simvolik açarını verdiyi əks olunub.

Qeyd edək ki, ABŞ Prezidenti avqustda Vaşinqtonda səfərdə olan Azərbaycan lideri İlham Əliyevə də eyni hədiyyəni təqdim etmişdi. Tramp dəfələrlə onu nadir və qiymətli hədiyyə adlandırıb. 


SON XƏBƏRLƏR