• Bakı 15° C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Bayden prostat xərçəngi müalicəsini uğurla başa vurdu

DÜNYA

21 Oktyabr 2025 | 09:34

Bayden prostat xərçəngi müalicəsini uğurla başa vurdu

ABŞ-nin keçmiş prezidenti Co Bayden prostat xərçəngi üçün radiasiya müalicəsini tamamlayıb.

Bakıvaxtı.az xəbər verir ki, may ayında metastatik prostat xərçəngi diaqnozu qoyulan 82 yaşlı Bayden beş həftəlik radioterapiya və hormon terapiyası kursu keçib.

Onun əlavə müalicəyə ehtiyacı olub-olmayacağı hələ məlum deyil. Qızı Eşli Bayden atasının müalicə sonrası simvolik “zəng” anını sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Bayden daha əvvəl də dəri xərçəngi əməliyyatı keçirmişdi.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Oktyabr 2025