• Bakı 14° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Trampdan nazirə: Skott, səni işdən çıxardacağam!

DÜNYA

20 Noyabr 2025 | 00:12

Trampdan nazirə: Skott, səni işdən çıxardacağam!

Maliyyə naziri Skott Bessent Federal Ehtiyat Sisteminin (FES) əsas faiz dərəcəsini aşağı salmasına nail ola bilməsə, onun işdən çıxaracağam.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı Biznes Forumundakı çıxışı zamanı deyib.

"Düzünü desəm, onu işdən çıxarmaq istərdim. O, işdən çıxarılmalıdır. Tamamilə səriştəsizdir və kiçik bir binaya (FES-in mənzil-qərargahının təmiri) 4 milyard dollar xərclədiyinə görə məhkəməyə verilməlidir.

Sən bunun üzərində işləməlisən, Skott. Skottun öhdəsindən gələ bilməyəcəyi yeganə şey FES-dir, çünki faiz dərəcəsi çox yüksəkdir. Əgər bunu tezliklə həll etməsən, Skott, səni işdən çıxaracağam", - deyə Tramp maliyyə nazirinə müraciətində deyib.


SON XƏBƏRLƏR

19 Noyabr 2025