"Vaşinqton administrasiyası Volodimir Zelenskiyə təzyiqi artırır, ona Ukraynadakı münaqişənin həlli ilə bağlı Amerikanın yeni planını qəbul etməsi üçün təzyiq göstərir".
Bakıvaxtı.az xəbər verir ki, bu iddia noyabrın 19-da "The Washington Post (WP)" qəzetində dərc olunan məqalədə yer alıb.
Mənbələrindən birinə görə, plan "Zelenskinin təsdiq etməkdə çətinlik çəkəcəyi bir neçə güzəştləri, o cümlədən bir sıra ərazilərin itirilməsini və Ukrayna Silahlı Qüvvələrinə ciddi məhdudiyyətləri ehtiva edir": "Eyni zamanda, bir neçə yaxın adamı ilə bağlı ciddi korrupsiya qalmaqalı Zelenskini zəiflədir".
Qəzetin yazdığına görə, Ukrayna tərəfi yeni planın bəzi müddəalarını, o cümlədən ərazi güzəştləri və Ukrayna Silahlı Qüvvələrinin ixtisarını qeyri-mümkün hesab edir. Bir mənbəyə görə, belə bir addım “Ukraynanın tam təslim olması” deməkdir və Zelenski bununla razılaşmaq istəmir.
Bakı 



