• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şeybani Mirzoyanı təbrik etdi

DÜNYA

19 Noyabr 2025 | 23:53 | Müəllif: Subhan Mahmudov

Şeybani Mirzoyanı təbrik etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan suriyalı həmkarı Əsəd Şeybani ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, tərəflər regional prosesləri müzakirə ediblər.

Suriya XİN rəhbəri Mirzoyanı 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmaların nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edib. Nazirlər sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş addımlar barədə fikir mübadiləsi aparıblar.

Həmçinin, söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub və siyasi dialoqun, qarşılıqlı səfərlərin və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın aktivləşdirilməsi barədə razılıq əldə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026