• Bakı 24° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Tramp Putindən narazıdır

DÜNYA

20 Noyabr 2025 | 09:13

Tramp Putindən narazıdır

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən Ukraynadakı hərbi əməliyyatlara görə yenidən məyus olduğunu  bildirib.

Bakıvaxtı.az xəbər verir ki,  o bu  barədə ABŞ-Səudiyyə Ərəbistanı forumunda çıxışı zamanı danışıb.

Tramp səkkiz müharibəni həll etdiyini, lakin hələ bir müharibənin qaldığını bildirib.

"Prezident Putinlə yaxşı münasibətim olduğu üçün bunu həll etməyin daha asan olacağını düşünürdüm. Amma indi Putindən bir az məyus oldum və o bunu bilir", - dövlət başçısı deyib.

Bu, amerikalı siyasətçinin rusiyalı həmkarından məyus olduğunu ifadə etdiyi ilk hal deyil. Bu ilin sentyabrında o, ən azı beş dəfə oxşar bəyanatlar verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026