• Bakı 15° C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Heç kim bizi vizasız rejimin dayandırılması ilə qorxuda bilməz - Gürcü nazir

SİYASƏT

21 Oktyabr 2025 | 11:22

Heç kim bizi vizasız rejimin dayandırılması ilə qorxuda bilməz - Gürcü nazir

Ölkənin sabitliyi və təhlükəsizliyi, vizasız rejimin dayandırılması ilə edilən təhdidlərdən qat-qat önəmlidir.

Bakıvaxtı.az "Rustavi 2" telekanalına istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

Nazirin sözlərinə görə, diplomatik pasportlarla bağlı verilmiş qərar hüquqi əsaslardan uzaq olub və ilin sonunda Avropa İttifaqının nəyi müzakirə edəcəyi, hansı qruplara bu qərarın şamil olunacağı aydın deyil:

"Avropa İttifaqının bəzi dairələrinin Gürcüstana qarşı şantaj dili işlətməsi və vizasız rejimi siyasi təzyiq alətinə çevirməyə cəhd etməsi qəbuledilməzdir. Bu qərar siyasi motivlərlə verilib, lakin bununla ölkə dağılmadı. Diplomatik pasporta malik olanlar sadəcə viza alaraq səfər edirlər. Bu, tam normal prosedurdur".

Nazir Lüksemburqda keçirilən Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşünə də toxunaraq bildirib ki, Gürcüstan məsələsi müzakirə olunarkən yenidən vizasız rejimlə bağlı təzyiq cəhdləri müşahidə edilib. Gürcüstanla bağlı vizasız rejimin ləğvi mövzusu əsassızdır və bu istiqamətdə irəliləmək mümkün deyil. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

20 Oktyabr 2025