• Bakı 15° C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Dabaq xəstəliyi ilə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

CƏMİYYƏT

21 Oktyabr 2025 | 10:21

Dabaq xəstəliyi ilə bağlı Səhiyyə Nazirliyindən AÇIQLAMA

Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər:

"Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur".

Vurğulanıb ki, xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinilməlidirlər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

20 Oktyabr 2025