• Bakı 16° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Çempionlar Liqası: Liqa mərhələsində III tura start verilir

İDMAN

21 Oktyabr 2025 | 09:20

Çempionlar Liqası: Liqa mərhələsində III tura start verilir

UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün III tura start veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

"Arsenal" evdə "Atletiko"nu, "Barselona" isə "Olimpiakos"u qəbul edəcək. "Qarabağ"ın rəqiblərindən "Napoli" səfərdə PSV-nin qonağı olacaq.

PSJ Almaniyada "Bayer 04"lə, "Mançester Siti" isə İspaniyada "Vilyarreal"la üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

III tur

21 oktyabr

20:45. "Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan)

20:45. "Kayrat" (Qazaxıstan) - "Pafos" (Kipr)

23:00. "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)

23:00. "Bayer 04" (Almaniya) - PSJ (Fransa)

23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

23:00. PSV (Niderland) - "Napoli" (İtaliya)

23:00. "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya)

23:00. "Yunion" (Belçika) - "İnter" (İtaliya)

23:00. "Nyukasl" (İngiltərə) - "Benfika" (Portuqaliya)


SON XƏBƏRLƏR

20 Oktyabr 2025