• Bakı 15° C

    11.78 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

İranın XİN başçısı BMT Baş katibi ilə Qəzza və Yəmən böhranını müzakirə etdi

DÜNYA

21 Oktyabr 2025 | 13:03

İranın XİN başçısı BMT Baş katibi ilə Qəzza və Yəmən böhranını müzakirə etdi

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, danışıq zamanı Qəzza və Yəməndəki son hadisələr müzakirə edilib.

Əraqçi İsrailin atəşkəs pozuntularını dayandırmasının və Qəzza xalqına humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin Yəmən böhranında sabitliyin bərpası və regional təhlükəsizliyin qorunması üçün BMT ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Quterreş İranın diplomatik fəaliyyətinə görə minnətdarlığını ifadə edib və davamlı dialoqa çağırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Oktyabr 2025