• Bakı 16° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Hindistan ABŞ-dən "Javelin"lər alacaq

DÜNYA

20 Noyabr 2025 | 11:48

Hindistan ABŞ-dən Javelinlər alacaq

ABŞ Hindistana 93 milyon dollar dəyərində “Javelin” tank əleyhinə sistemləri və “Excalibur” mərmilərinin satışına razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) açıqlama verib.

Bildirilib ki, təklif olunan satış ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edir. Qurumun məlumatına görə, bu addım ABŞ-Hindistan strateji tərəftaşlığını möhkəmləndirəcək, həmçinin Hindistanın müdafiə qabiliyyətini artıracaq.

Açıqlamada vurğulanıb ki, Hindistan Hind-Sakit okeanı və Cənubi Asiya bölgələrində siyasi sabitlik və iqtisadi inkişaf üçün mühüm rol oynamağa davam edir.


SON XƏBƏRLƏR

19 Noyabr 2025