• Bakı 15° C

    11.78 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Moskvada erməni tanınmış kinooperatoru qətlə yetirib

DÜNYA

21 Oktyabr 2025 | 12:54

Moskvada erməni tanınmış kinooperatoru qətlə yetirib

Moskvada tanınmış rejissor və kinooperator Sergey Politik qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, o, küçədə bıçaqlanaraq öldürülüb.

Məlum olub ki, ötən şənbə günü 56 yaşlı Politik axşam saatlarında paytaxtın İvanovskoye rayonu Stalevarov küçəsindəki yaşayış binasının yanında siqaret çəkməyə çıxıb. Orada yoldan keçən naməlum şəxslə mübahisə edib. Yoldan keçən şəxs operatora hücum edərək onu bıçaqlayıb. Politik daha sonra xəstəxanada dünyasını dəyişib.

Qətli törədənin 33 yaşlı erməni Armen S. olduğu məlum olub. Faktla bağlı cinayət işi açılıb. Hazırda cinayəti törədən erməninin axtarışı və saxlanması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.


SON XƏBƏRLƏR

20 Oktyabr 2025