• Bakı 15° C

    11.78 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Ukraynada hərbi səfərbərliyin yeni dalğası elan olunub

DÜNYA

21 Oktyabr 2025 | 13:50

Ukraynada hərbi səfərbərliyin yeni dalğası elan olunub

Ukraynada hərbi səfərbərliyin yeni dalğası elan olunub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Ali Radanın oktyabrın 21-də keçirilən iclasında Prezident Volodimir Zelenskinin təqdim etdiyi sənəd müzakirə olunaraq qəbul olunub.

Sənədi Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov təqdim edib.

O qeyd edib ki, ölkədə gedən geniş miqyaslı müharibə Ukrayna ordusu üçün insan resursunu vacib edib, buna görə də hərbi səfərbərliyə daha effektiv yanaşmaq lazımdır.

Sənəd müzakirələrdən sonra qəbul olunub, 2026-cı il fevralın 3-ə qədər yeni səfərbərlik müddəti elan edilib.


SON XƏBƏRLƏR

20 Oktyabr 2025