• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Atletiko" "Arsenal"dan UEFA-ya şikayət etdi

İDMAN

21 Oktyabr 2025 | 09:28

"Atletiko" "Arsenal"dan UEFA-ya şikayət etdi

"Atletiko" (Madrid) klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunundan əvvəl İngiltərə təmsilçisi "Arsenal"dan UEFA-ya şikayət edib.

Bakıvaxtı.az "Marca"ya istinadən xəbər verir ki, buna "topçular"ın "Emireyts" stadionundakı məşqdən sonra qonaq komandanın futbolçularını isti su ilə təmin etməməsi səbəb olub.

İspaniya nəhənginin oyunçuları duş ala bilməyiblər. Klub məsələ ilə bağlı stadion işçilərinə məlumat versə də, buna məhəl qoyulmayıb. Futbolçular Londonun mərkəzindəki otellərinə qayıtmağa məcbur olublar.

Qeyd edək ki, "Arsenal" - "Atletiko" matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026