• Bakı 15° C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Narışkin: NATO Rusiya ilə müharibəyə hazırlaşır

DÜNYA

21 Oktyabr 2025 | 12:03

Narışkin: NATO Rusiya ilə müharibəyə hazırlaşır

NATO Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

    O, Şimal Alyansını Rusiya ilə müharibəyə hazırlaşmaqda ittiham edib:

    "Biz, şübhəsiz ki, NATO-nun Avropa üzrə müttəfiqlərinin ölkəmizlə müharibəyə hazırlaşdığını görürük. Bu məqsədlə, NATO qarşısında “alyansın çevik reaksiya qüvvələrini bütün zəruri silah və resurslarla mümkün qədər tez təmin etmək” vəzifəsi durur".

    Narışkin bəyan edib ki, Avropanın hərbi-sənaye kompleksi “istehsalın çoxşaxəli artırılması rejiminə keçirilir” və Avropa ölkələrinin sakinləri “Moskvanın guya qaçılmaz hücumu barədə sistemli şəkildə təbliğata məruz qalırlar”.


    SON XƏBƏRLƏR

    20 Oktyabr 2025