Yaponiya parlamenti Sanae Takaiçini ölkənin ilk qadın baş naziri seçib.
Bakıvaxtı.az xəbər verir ki, o, 465 yerlik parlamentin aşağı palatasında 237 səs toplayaraq qələbə qazanıb.
Yeni baş nazir bu gün yuxarı palatada təsdiqləndikdən sonra and içəcək.
Onun hakimiyyətə gəlməsi Yaponiyada “şüşə tavan”ın qırılması və ölkənin siyasi xəttinin sağa yönəlməsi kimi dəyərləndirilir.
Əli Hüseynov