• Bakı 15° C

    11.78 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Polşada təxribat hücumu hazırlamaqda şübhəli bilinən 8 nəfər saxlanılıb

DÜNYA

21 Oktyabr 2025 | 13:56

Polşada təxribat hücumu hazırlamaqda şübhəli bilinən 8 nəfər saxlanılıb

Polşada təxribat hücumu hazırlamaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, baş nazir Donald Tusk "X" sosial media platformasındakı paylaşımında Daxili Təhlükəsizlik Xidməti  və digər təhlükəsizlik bölmələrinin birgə əməliyyatı nəticəsində bu şəxslərin tutulduğunu bildirib.

Polis və media məlumatlarına görə şübhəlilər hərbi obyektlərin və kritik infrastrukturun kəşfiyyatı, təxribat üçün resursların hazırlanması və birbaşa hücumların həyata keçirilməsi planlarında ittiham olunurlar.

Tusk yazısında araşdırmaların və əməliyyat tədbirlərinin davam etdiyini vurğulayıb. Hadisə ilə bağlı əlavə məlumat və rəsmi açıqlamaların gələcəyi bildirilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

20 Oktyabr 2025