Siyəzən sakinini eleketrik cərəyanı vurub.
Bakıvaxtı.az xəbər verir ki, Sədan kəndinin ərazisində elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində kənd sakini 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədovu və ona məxsus 25000 manat dəyərində 6 baş inəyini elektrik cərəyanı vurub.
6 baş inək tələf olub, xəstəxanaya yerləşdirilmiş S.Əhmədovun vəziyyəti qənaətbəxşdir.
Araşdırmalar aparılır.