Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır.
Bakıvaxtı.az xəbər verir ki, Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Azərbaycanın ölkəyə yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını şərh edib.
"Bu addım Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülhün institusionalizasiyası üçün mühüm əhəmiyyət kəsb edir".