• Bakı 15° C

    11.78 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Terror barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

CƏMİYYƏT

21 Oktyabr 2025 | 14:20

Terror barədə yalan məlumat verən şəxsin məhkəməsi başlayıb

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan, Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitaliy Zabolotskiyin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası noyabrın 3-nə təyin edilib.

    Qeyd edək ki, Vitaliy Zabolotskiy DTX tərəfindən saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddənin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.


    SON XƏBƏRLƏR