• Bakı 15° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

La Liqa prezidentindən "Real"a sərt cavab

İDMAN

21 Oktyabr 2025 | 21:43

La Liqa prezidentindən Reala sərt cavab

La Liqanın prezidenti Xavyer Tebas "Real"ın futbolçusu Daniel Karvahalın "Vilyarreal" - "Barselona" matçının ABŞ-da keçirilməsi qərarına qarşı çıxmasından danışıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, müdafiəçinin narazılığına belə cavab verib:

"Məncə, rəqabətin ən böyük saxtakarlığı "Real" televiziyasının ötən mövsüm yayımladığı videolardır. "Real"ın televiziyası La Liqaya "Vilyarreal" - "Barselona" oyununun ABŞ-da keçirilməsindən daha çox zərər vurur".

Xatırladaq ki, İspaniya çempionatının 17-ci turunun “Barselona” – “Vilyarreal” matçının ABŞ-da, Mayamidəki “Hard Rock” stadionunda keçirilməsi nəzərdə tutulub. Karvahal isə hesab edir ki, belə bir matçın təşkili yarışmanın nəticələrini təhrif edə bilər./Qol.az


SON XƏBƏRLƏR

21 Oktyabr 2025