• Bakı 14° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Stubb: Avropa 5 ildən sonra yenidən silahlana biləcək

DÜNYA

21 Oktyabr 2025 | 20:10

Stubb: Avropa 5 ildən sonra yenidən silahlana biləcək

"Birləşmiş Ştatlar Avropanın kollektiv təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamağa davam edir, müdafiə qabiliyyətinin əhəmiyyətli bir hissəsini təmin edir".

Bakıvaxtı.az "The Times" qəzetinə deyib ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

Onun sözlərinə görə, Avropa növbəti beş il ərzində yenidən silahlanma məqsədlərinə nail olacaq:

"Mən sizə bir tarix verə bilmərəm. Amma mən deyərdim ki, bu, beş illik dövrədir və biz indi sürətlə irəliləyirik".

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) növbəti aylarda iddialı beş illik yenidən silahlanma planının bir hissəsi kimi birgə pilotsuz təyyarələr və hava hücumundan müdafiə layihələri təklif etməyi planlaşdırır. Bu yeni təşəbbüsün bir hissəsi olaraq, Avropa Komissiyası (AK) hərbi planlaşdırma və təchizat sisteminin əsaslı şəkildə yenidən qurulmasını təklif edir.

Gülşən Şərif


SON XƏBƏRLƏR