• Bakı 16° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

İranda siyasi gərginlik: Vitse-prezident istefa verdi

DÜNYA

20 Noyabr 2025 | 16:24

İranda siyasi gərginlik: Vitse-prezident istefa verdi

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif istefa ərizəsini Prezident Məsud Pezeşkiana təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibafın nəzarətində olan “Sobh-e no” qəzeti məlumat verib.

Nəşrin iddiasına görə, Arif hökumətdə rolunun məhdudlaşdırılmasına, əsas qərarların onunla məsləhətləşmədən qəbul edilməsinə etiraz olaraq istefa vermək istəyib. Lakin prezident bu istefanı qəbul etməyib:

“Arifin istefa qərarında Prezident Aparatının digər üzvləri - icraçı vitse-prezident Məhəmməd Cəfər Qaimpənah və Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə yaranmış fikir ayrılıqları da rol oynayıb”.


SON XƏBƏRLƏR