• Bakı 14° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Yaxşı nəticə üçün çalışacağıq - Qurban Qurbanov

İDMAN

21 Oktyabr 2025 | 23:14

Yaxşı nəticə üçün çalışacağıq - Qurban Qurbanov

"Sabah çox yaxşı komandaya qarşı oynayacağıq”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Atletik” klubu ilə keçiriləcək III tur matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis rəqibin oyun tempinə tab gətirməyə çalışacaqlarını deyib: “İstəyirik ki, azarkeşlər oyunumuzdan razı qalsınlar. Rəqibin təcrübəli baş məşqçisi var. Özünəxas oyun üslubu olan kollektivdir. Çox dinamik və sürətli oynayan komandadır. Bizim də təcrübəmiz ildən-ilə artır. Rəqib xal qazanmaq üçün çox istəklidir. Hər bir halda biz də yaxşı nəticə üçün çalışacağıq. Oyundan-oyuna məsuliyyətimiz və həvəsimiz daha da artır. İki matç və iki qələbə çox ümidvericidir. Ölkə futbolu üçün də olduqca önəmlidir. Həmişə üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmışıq. Bu dəfə də çəkinmədən mübarizə aparacağıq”.

Qeyd edək ki, oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


SON XƏBƏRLƏR

21 Oktyabr 2025