Luvr soyğunundan dəymiş ziyan 88 milyon avro olaraq qiymətləndirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paris prokuroru Lor Beko bildirib.
Onun sözlərinə görə, dəyən ziyanı muzey özü müəyyənləşdirib.
Qeyd edək ki, qarət zamanı Napoleon Bonapartın xanımı Jozefinanın qiymətli daş-qaşları oğurlanmışdı.