• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zakir Həsənov "Birlik - 2025" təlimində iştirak edən heyətlə görüşüb - VİDEO

GÜNDƏM

21 Oktyabr 2025 | 20:07 | Müəllif: Subhan Mahmudov

Zakir Həsənov "Birlik - 2025" təlimində iştirak edən heyətlə görüşüb - VİDEO

Özbəkistanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "Birlik - 2025" birgə regional təlimində  ölkəmizi təmsil edən hərbi qulluqçularla görüşüb. 

Bakıvaxtı.az xəbər verir ki. keçirilən təlimin ölkələrimiz arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib. 

Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq "Birlik - 2025" birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026