ABŞ-ın vitse-prezidenti Cey Di Vens Qəzza zolağına kimin rəhbərlik edəcəyi barədə heç bir məlumatının olmadığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, İsrailə səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.
Vens jurnalistin sualını cavablandırarkən “Mən bu sualın cavabını bilmirəm” deyib.
ABŞ-nin vitse-prezidentinin sözlərinə görə, hazırda proseslərdən asılı olaraq uyğunlaşa biləcək çevik idarəetmə strukturunun yaradılması istiqamətində iş aparılır.
Vans fələstinlilərin Qəzzada yaşaya bilməsinin təmin edilməsinin vacibliyini vurğulayıb. Siyasətçi qeyd edib ki, İsrail Fələstin anklavında idarəetmə məsələlərini həll etməzdən əvvəl yerli sakinlərin təhlükəsizliyinə zəmanət verməlidir.