• Bakı 14° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

“Gəlinliyə görə oğlan evi dava saldı, qızım özünü öldürdü”

HADİSƏ

21 Oktyabr 2025 | 23:00

“Gəlinliyə görə oğlan evi dava saldı, qızım özünü öldürdü”

Qızımın gəlinlik donu ilə bağlı nişanlısı, onun ata və anası evimdə dava-dalaş saldılar. Qızım da dözməyib özünü öldürdü”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Teleqraf”a bir neçə gün öncə yaşadığı evdə intihar edən 19 yaşlı Ləman Məmmədlinin atası Murad Bayramov söyləyib.

Onun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir:

“Guya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla, oğlanın 35-36 deyil, 33 yaşı var. Elçilik, qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta nişanlısı Elnurla rəsmi nigah da bağlamışdılar. Həmin andan Ləman Bayramova rəsmən Məmmədli soyadını daşımağa başladı”.

Murad Bayramovun sözlərinə görə, faciənin bünövrəsi qız toyundan başlayıb: “Qız toyundan sonra Elnur ata- anası ilə birgə bizə gələrək əməlli-başlı dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik paltarıdır. Amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonrakı gün də mübahisə davam etdi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Amma artıq gec idi. Qızım da bunlara dözmədi. Məyusluq, psixoloji sarsıntı keçirən qızım canına qıydı”.

M.Bayramov qeyd edib ki, kürəkəni Elnur və valideyinləri yas mərasiminə gəlsələr də, o, buna icazə verməyib, onları qovub.


SON XƏBƏRLƏR

21 Oktyabr 2025