• Bakı 14° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

"Volkswagen" maliyyə böhranının astanasındadır

DÜNYA

21 Oktyabr 2025 | 19:26

Volkswagen maliyyə böhranının astanasındadır

Almaniyanın avtomobil nəhəngi "Volkswagen" maliyyə böhranının astanasındadır. 

Bakıvaxtı.az Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir ki, şirkətin gələn il sabit əməliyyatları təmin etmək üçün 11 milyard avrodan daha çox vəsaitə ehtiyacı var. 

Şirkət nümayəndələrinin sözlərinə görə, 11 milyard avro yeni modellərin inkişafı, qabaqcıl texnologiyalara investisiyalar və istehsalat obyektlərinin təkmilləşdirilməsi üçün lazımdır. 

Maliyyə çətinliklərinə cavab olaraq, şirkət marketinq, satış və investisiya departamentlərində geniş miqyaslı ixtisarlar həyata keçirir. Bu tədbirlər xərclərin optimallaşdırılmasına və səmərəliliyin artırılmasına yönəlib. 

"Hazırda demək olar ki, marketinqdə, satışda və bəzi investisiyalarda ixtisarlar aparılır. Lakin bu kifayət etməyəcək. Buna görə də bir neçə aktivin ya tam, ya da qismən satılması planlaşdırılır. Bunlara mühərrik istehsalçısı "Everllence", eləcə də dizayn törəmə şirkəti "Italdesign" və inkişaf şirkəti "IAV" daxildir", - deyə "Volkswagen" icraçısı bildirib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR