"ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulterin rəhbərlik etdiyi "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" layihəsinin həyata keçirilməsi üzrə ikitərəfli işçi qrupları dar istiqamətə malikdirlər".
Bakıvaxtı.az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.
"İşçi qrupuna gəldikdə, söhbət olduqca kiçik çərçivələrdən gedə bilər, çünki Xarici İşlər Nazirliyinin də özünün məsul şəxsi var, ancaq burada daha geniş kontekst məsələsidir - nəqliyyat kommunikasiyaları və sair", - deyə Paşinyan jurnalistin Koulterin koordinasiya etdiyi işçi qrupuna Ermənistan tərəfindən kimin rəhbərlik etməsi ilə bağlı sualına cavab olaraq bildirib.
"ABŞ-li tərəfdaşlarla xarici işlər nazirinin müavini Vaan Kostanyan işləyir. Kommunikasiyalar, delimitasiya və s. ilə bağlı daha geniş koordinasiya isə baş nazirin müavini Mqer Qriqoryan tərəfindən həyata keçirilir", - deyə o əlavə edib.
Eyni zamanda, Paşinyan "Tramp marşrutu"nun reallaşdırılması çərçivəsində artıq neçə faiz işin görüldüyünü dəqiq deməkdə çətinlik çəkib və bunun çox böyük bir proqram olduğunu, son bir həftə ərzində heç bir böyük irəliləyişin baş vermədiyini və əvvəllər dediklərinə əlavə edəcək bir məqamın olmadığını qeyd edib.
Bakı 



