• Bakı 14° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Almaniya Samik Babayevi Azərbaycana verir

CƏMİYYƏT

21 Oktyabr 2025 | 19:21

Almaniya Samik Babayevi Azərbaycana verir

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Ukrayna vətəndaşı Babayev Samik Arif oğlunun oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, Samik Babayevin qəsdən adam öldürmə cinayət əməli törədilməsində iştirakçı qismində çıxış etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilibdir.

Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.


SON XƏBƏRLƏR