Comex birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2025-ci ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 13 oktyabr 2025-ci ildən bəri ilk dəfə olaraq 1 troya unsiyası üçün 4100 dollardan aşağı düşərək 6%-dən çox ucuzlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında deyilir.
Belə ki, qiymətli metalın qiyməti 6,11% ucuzlaşaraq 1 troy unsiyası üçün 4093 dollar təşkil edib.