Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.
Bakıvaxtı.az-ın məlumatına görə, Biləsuvar şəhəri, Avtovağzal ərazisində qeydə alınıb.
Belə ki, rayonun Ovçubərə kənd sakini, 1980-cı il təvəllüdlü Mikayılov Rüfət Xudaşükür oğlu bıçaqlanıb.
İki bıçaq yarası alan R. Mikayılov rayon xəstəxanasına çatdırılıb.
Onu həmkəndlisinin bıçaqladığı deyilir.
Faktla bağlı araşdırma aparılır./Report