• Bakı 16° C

    0.98 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Gəncədə 200-dən çox saxta alkoqollu içki aşkarlanıb

CƏMİYYƏT

22 Oktyabr 2025 | 09:40

Gəncədə 200-dən çox saxta alkoqollu içki aşkarlanıb

Gəncədə fəaliyyət göstərən topdansatış mağazasında 210 ədəd saxta alkoqollu içki aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, baxış zamanı satış sahəsində aşkar saxtalaşdırma əlamətləri olan "Organic Росинка" əmtəə nişanlı 98 ədəd 0.7 litrlik, 112 ədəd 0.5 litrlik alkoqollu içki aşkarlanıb. Belə ki, içkilərin başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixləri və istehsalçı barədə məlumatların qeyd olunmadığı, saxta VÖEN göstərildiyi, müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.


SON XƏBƏRLƏR

21 Oktyabr 2025