• Bakı 15° C

    0.23 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır

CƏMİYYƏT

22 Oktyabr 2025 | 08:19

Beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır

Bu gündən ETIC (“Extreme Traveler International Congress”) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır.

Bakıvaxtı.az xəbər verir ki, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (“Most Traveled People”) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi, ABŞ-dan olan Çarls Veley də təmsil olunur.

Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.

İşğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.

Qarabağ və Şərqi Zəngəzurda viran qalmış yerlərdə qısamüddətdə 6 şəhər, 2 qəsəbə, 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb. Azərbaycanın postmünaqişə bölgəsində unikal və bənzərsiz şəhərsalma təcrübəsi beynəlxalq səyahətçilərin bura davamlı axını ilə nəticələnir.


SON XƏBƏRLƏR

21 Oktyabr 2025