• Bakı 20° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

SİYASƏT

22 Sentyabr 2025 | 14:48

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev belaruslu həmkarı general-mayor Pavel Muraveyko ilə görüşüb.

Bakıvaxtı.az bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin intensivləşdirilməsi yolları müəyyənləşdirilib", - məlumatda bildirilib.

Qeyd edək ki, K.Vəliyev hazırda Belarusda səfərdədir.


SON XƏBƏRLƏR