Mən Bakıya heyran oldum.
Bakıvaxtı.az xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsahkna Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Bakı haqqında çox eşidib: “Mən istəyirəm öz ailəmlə istirahət üçün Azərbaycana gəlim. Mən Bakı haqqında çox eşitmişdim, amma özüm gözümlə gördüm və heyran oldum”.