• Bakı 20° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıdan İrəvana qayıtdı

DÜNYA

22 Sentyabr 2025 | 14:19

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıdan İrəvana qayıtdı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan dünən axşam saat 20:00-da Bakıdan İrəvana qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Qeyd edilib ki, MTX direktorunu Azərbaycandan Ermənistana aparan təyyarə saat 19:00-da Bakı Hava Limanından qalxıb və axşam saat 20:00-da İrəvanın Zvartnots limanına enib.

Xatırladaq ki, MTX bundan əvvəl xüsusi xidmət orqanının rəhbərinin III Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak etmək üçün Bakıya səfər etdiyini bildirmişdi. MTX direktorunun keçirdiyi görüşlərin təfərrüatları və səfər zamanı müzakirə etdiyi məsələlər ictimaiyyətə açıqlanmır.


SON XƏBƏRLƏR