• Bakı 20° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Həkimlər xərçəng əlamətlərini narahatlıq pozuntusu ilə səhv saldılar

DÜNYA

22 Sentyabr 2025 | 15:43

Həkimlər xərçəng əlamətlərini narahatlıq pozuntusu ilə səhv saldılar

Böyük Britaniyada həkimlər 30 yaşlı xəstədə qalxanabənzər vəzi xərçənginin simptomlarını narahatlıq pozuntusu kimi qiymətləndiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Gənc qadın bildirib ki, ilk dəfə səkkiz il əvvəl həkimlərə müraciət edib. Lakin analizləri normal olduğu üçün ona hər şeyin qaydasında olduğu deyilib və narahatlıqla mübarizə aparması tövsiyə edilib.

Onun sözlərinə görə, vəziyyəti 2019-cu ildə, ilk övladına hamilə olarkən kəskin şəkildə pisləşib. Həkimlər ona hipotiroidizm diaqnozu qoyaraq dərman yazıblar.

2023-cü ilin avqustunda ikinci uşağını dünyaya gətirdikdən sonra vəziyyəti daha da ağırlaşıb. Belə ki, qadında qalxanabənzər vəzi böyüyüb və ağrımağa başlayıb. O, yenidən xəstəxanaya müraciət edib, lakin analizləri normal çıxıb, ultrasəs müayinəsi isə informativ olmayıb. Bir neçə gündən sonra simptom keçib və o, sakitləşib.

Lakin 2024-cü ilin noyabrında qadının boynundakı şiş yenidən peyda olub, bu dəfə limfa düyünü iltihablanıb. Xəstəxanadakı terapevt səbəbi araşdıracağına söz verib. Ertəsi gün ona qalxanabənzər vəzi xərçəngi diaqnozu qoyulduğu bildirilib.

Britaniyalı qadının sözlərinə görə, həkimlər bu diaqnozdan çox təəccübləniblər, çünki yaxşı analiz nəticələri olan gənc bir qadında bunu gözləməyiblər.  Onun qalxanabənzər vəzi, eləcə də yaxınlıqdakı limfa düyünləri çıxarılıb, həmin düyünlərdə də bədxassəli hüceyrələr aşkar edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR