• Bakı 20° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Qırğızıstan parlamenti sentyabrın 25-də buraxıla bilər

SİYASƏT

22 Sentyabr 2025 | 14:43

Qırğızıstan parlamenti sentyabrın 25-də buraxıla bilər

Sentyabrın 23-də Konstitusiya Komitəsinin iclasında Qırğızıstan parlamentinin buraxılması məsələsinə baxılacaq.

Bakıvaxtı.az xəbər verir ki, gündəliyə “VII çağırış Qırğızıstan Respublikası Joqorku Keneşinin (parlament) buraxılması təklifi haqqında” qanun layihəsi daxildir.

Deputat Ulan Primov məruzə ilə çıxış edəcək.

Yerli KİV-in məlumatına görə, sentyabrın 25-də parlamentin buraxılması elan oluna bilər.

Parlamentin sədri Nurlanbek Turqunbek Ulu bundan əvvəl parlamentin buraxılması ilə bağlı prosedurun başa çatdığını və qərarın deputatların əksəriyyətindən asılı olacağını açıqlamışdı.


SON XƏBƏRLƏR