• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Almaniyalı futbolçu qəzada öldü

İDMAN

23 Dekabr 2025 | 23:32 | Müəllif: Subhan Mahmudov

Almaniyalı futbolçu qəzada öldü

Almaniyanın “Ertsgebirge” klubunun sabiq müdafiəçisi Sebastian Hertner 34 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

“Ertsgebirge” Futbol klubu keçmiş oyunçu Sebastian Hertnerin itkisi ilə əlaqədar kədərlənir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Futbolçu dekabrın 20-də qış tətili zamanı 34 yaşında faciəvi qəza nəticəsində dünyasını dəyişib”, - deyə klubun məlumatında bildirilir.

Qeyd edək ki, Hertner “Ştutqart”ın yetirməsi olub. O, Almaniyanın gənclərdən ibarət milli komandasının heyətində (19 yaşa qədər futbolçular) 5 oyun keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026