• Bakı 20° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Nazir müavini: “Tramp marşrutu” biznes sektoruna çeviklik qazandırır

İQTİSADİYYAT

22 Sentyabr 2025 | 14:05

Nazir müavini: “Tramp marşrutu” biznes sektoruna çeviklik qazandırır

“Tramp marşrutu” regiondakı mövcud enerji infrastrukturu və layihələrini, o cümlədən Azərbaycanın başlatdığı Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ceyhan kəmərini tamamlayır və əlavə marşrutlar təqdim edərək enerji və biznes sektoruna çeviklik qazandırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda energetika nazirinin müavini Orxan Zeynalov deyib.

O bildirib ki, bu marşrut ənənəvi enerji ilə yanaşı, elektrik enerjisi, yaşıl enerji və hidrogenin də daşınması üçün istifadə oluna bilər. Bu isə regiondakı enerji əlaqəliliyinin mahiyyətini dəyişə bilər.

Üçüncü istiqamət isə coğrafi əhatədir. Bu marşrut Avropaya, Türkiyə və Ermənistan üzərindən, eləcə də Yaxın Şərqə enerji çatdırılması üçün yeni imkanlar açır.

"Məsələn, Azərbaycan artıq Suriyaya qaz ixracına başlayıb. Suriyada bu qaz elektrik istehsalı üçün istifadə olunur və tələbat artacaq. Bu marşrut vasitəsilə Suriyaya və digər Yaxın Şərq ölkələrinə də enerji ötürmək mümkün olacaq", - Orxan Zeynalov əlavə edib.


SON XƏBƏRLƏR