• Bakı 25° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Filippində güclü qasırğa səbəbindən təxliyələr başlayıb

CƏMİYYƏT

22 Sentyabr 2025 | 10:34 | Müəllif: Əli Hüseynov

Filippində güclü qasırğa səbəbindən təxliyələr başlayıb

Filippin hökuməti ölkənin şimalında - Luzon bölgəsində Raqasa qasırğası ilə əlaqədar daşqın, torpaq sürüşməsi və genişmiqyaslı elektrik kəsintiləri haqda ciddi xəbərdarlıqlar yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DW ölkə rəsmilərinə istinadən məlumat yayıb.

    Bildirilir ki, bu gün Manila bölgəsi və 29 əyalətdə məktəblər və dövlət idarələri bağlanıb, insanlar təxliyə mərkəzlərinə köçürülüb. Onlarla daxili aviareys və bərə səfərləri ləğv edilib.

    Ən yüksək qasırğa xəbərdarlığı Babuyan adaları üçün elan edilib.

    Qasırğanın günorta saatlarında burada quruya çatacağı gözlənilir.

    Rəsmilər sahilyanı ərazilərdə yaşayan sakinləri dənizdən daha hündür ərazilərə təxliyə olunmağa çağırır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Sentyabr 2026