• Bakı 16° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Öz ərizəsi ilə işdən çıxmışdı, cinayət məsuliyyətinə cəlb edildi

CƏMİYYƏT

22 Oktyabr 2025 | 10:20

Öz ərizəsi ilə işdən çıxmışdı, cinayət məsuliyyətinə cəlb edildi

Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində müvafiq tədbir görülüb.

Belə ki, 03 iyul 2025-ci il tarixində öz ərizəsi ilə işdən azad edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Rüfət Sultanovun icraatında olan iş üzrə rüşvət almasına əsaslı şübhələr yarandığından, toplanmış materiallar ekspertin əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən prokurorluq orqanlarına göndərilib.

Aparılmış istintaq hərəkətləri nəticəsində keçmiş ekspert R.Sultanov Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


SON XƏBƏRLƏR

21 Oktyabr 2025